Rusiyadan sensasiyalı proqnoz: ABŞ Çində vətəndaş müharibəsi törədəcək

Rusiyadan sensasiyalı proqnoz: ABŞ Çində vətəndaş müharibəsi törədəcək

ABŞ-Çin münasibətləri koronavirus pandemiyası fonunda “soyuq müharibə” vəziyyətini xatırladır. Qarşılıqlı ittihamlar və təhdidlər davam etməkdədir. Sonuncu dəfə ABŞ Çini COVİD-19 pandemiyasına qarşı vaksini oğurlamağa cəhddə ittiham etdi. Prezident Donald Trampın müşaviri Robert O'Brayn iddia edir ki, koronavirusa qarşı vaksini ilk ABŞ hazırlayacaq və istisna deyil ki, Pekin bu vaksini Vaşinqtondan oğurlamağa çalışa bilər. Çin Xarici İşlər Nazirliyi səviyyəsində bu iddiaları əsassız adlandırdı.

Publika.az xəbər verir ki, rusiyalı politoloq Fyodor Lukyanov ABŞ-Çin münasibətlərini siyasi manevrlərdən silahlı qarşıdurmaya doğru getdiyini hesab edir.

Onun fikrincə, Tayvan bu prosesdə əsas nöqtədir və ABŞ Çinlə Tayvan arasında silahlı toqquşmanı yarada bilər.

“Çin və ABŞ arasında ayrılma dövrü çoxdan başlayıb. Pandemiya sadəcə olaraq bu prosesi sürətləndirdi. Buna görə də müharibə ritorikasının kəskinləşməsini görürük. İndi səbəb hələki pandemiyadır, amma sonrakı dövrdə bunun müxtəlif səbəbləri ortaya çıxacaq. Mahiyyət isə eynidir - ABŞ və Çin kəskin mübarizə mərhələsinə keçir, hər şeydən öncə bu, ticarət-iqtisadi rəqabəti gücləndirəcək”, - deyə Lukyanov bildirib.

Asif

Mənbə: publika.az