Misirdə Azərbaycan diasporunun bəyanatı geniş şəkildə dərc olundu

Vətənpərvər” - Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirovun, Dağlıq Qarabağda keçirilən qeyri qanuni "seçkilərlə" bağlı, Misirin geniş oxucu kütləsinə malik olan xəbər saytlarında bəyanatı dərc olunub.

Bəyanatda deyilir: Misirdə Azərbaycan diasporu, Ermənistan ordusu tərəfindən işğal olunmuş, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində keçirilən son qanunsuz "seçkiləri" tanımadığı üçün, qardaş Misir Ərəb Respublikasına təşəkkür edir. Dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bir dönəmdə və bütün beynəlxalq təşkilatlarının çağırışlarına məhəl qoymayan işğalcı ermənilər, bu ayın 21-də azərbaycanlıların qəlbində özünəməxsus yeri olan Şuşa şəhərində andiçmə mərasimi keçiriblər. Beynəlxalq qanunlara zidd olaraq təşkil olunmuş bu mərasim, münaqişənin dinc yolu ilə həllinə göstərilən səylərə böyük zərbə vurmuşdur.

Dünyanın bir çox dövlətləri, o cümlədən Avropa İttifaqı, ATƏT, NATO, İslam Əməkdaşlıq Təşkilatı, GUAM, kimi beynəlxalq təşkilatlar, eləcə də görkəmli şəxsiyyətlər bu “seçkiləri” şousunu pisləyərək Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan etmişdir.

Seymur Nəsirov bəyanatda həmçinin, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası, Avropa Birliyi, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatlar, Ermənistan ordusunun işğal etdiyi Azərbaycan torpaqlarından dərhal çıxarılmasını tələb edən qətnamələrin də olduğunu qeyd edir.

Sonda birliyin sədri, Misirin müstəqil Azərbaycan Respublikasını tanıyan ik ölkələrdən olduğunu da bildirərək, Azərbaycan diasporu adından Misir xalqına dərin minnətdarlığını bildirmişdir.

Ednews.net

ƏVVƏLKİ XƏBƏR

Rusiyadan sensasiyalı proqnoz: ABŞ Çində vətəndaş müharibəsi törədəcək

SONRAKI XƏBƏR

Nazir ümidli danışdı: Neft bazarı iyundan stabilləşəcək