Türkiyə mindən çox terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri bu mübarizəsini ən son terrorçu zərərsizləşdirilənə qədər əzm və qərarlı şəkildə davam etdirəcək

Türkiyə 2020-ci ilin yanvarın birindən bəri keçirdiyi hərbi əməliyyatlar zamanı 1458 terrorçunu zərərsizləşdirib. Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyənin Müdafiə naziri Hulusi Akar bildirib.

"Yanvarın birindən İraqın, Suriyanın şimalında terrorla mübarizə çərçivəsində həyata keçirilən əməliyyatlar zamanı 1458 terrorist zərərsizləşdirilib. Mübarizəmiz sərt şəkildə davam edir", - deyə Müdafiə naziri qeyd edib.

O həmçinin vurğulayıb ki, Türkiyə Silahlı Qüvvələri bu mübarizəsini ən son terrorçu zərərsizləşdirilənə qədər əzm və qərarlı şəkildə davam etdiriləcək.

Sputnik.az

ƏVVƏLKİ XƏBƏR

Məktəb psixoloqunun kabineti olmalıdırmı ?

SONRAKI XƏBƏR

ABŞ Çini işgəncələrə görə cəzalandıracaq