Çin virusu buraxdı və ABŞ-ın rifahının məhv etdi - Trampın müşaviri

Çin virusu buraxdı və ABŞ-ın rifahının məhv etdi - Trampın müşaviri

Amerika Birləşmiş Ştatları (ABŞ) prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Robert O*Brayen mayın 24-də bəyan edib ki, Çinin öz ərazisində Covid-19 koronavirus epidemiyası barədə informasiyanı gizlətməsi ABŞ-da çoxsaylı qurbanlara və bütün dünyada qlobal xəstəlik partlayışına gətirib çıxardıb.

Bu zaman Ağ Evin yüksək məqamlı əməkdaşı Çinin davranışını 1986-cı ildə SSRİ-də «Çernobl AES-dakı fəlakətin gizlədlməsi» ilə müqayisə edib (Röyter).

O*Brayenin sözlərinə görə, Pekin ötən noyabrdan virusla nə baş verdiyindən xəbərdar olub, «amma Ümumdünya Səhiyyə Təşkilatınıa yalan danışıb və xarici ekspertlərin informasiyaya giriş əldə etməsinə imkan verməyib».

«Onlar Amerikanın trilionlarla dollarlıq rifahını məhv edən virusu dünyaya buraxıblar. Bu vəsaitlər amerikaalıların ayaqda qala bidməsi üçün sərf olunur» - deyə, müşavir gileylənib (NBC telekanalı).

«Onların virusu gizlətmək səyləri Çernobl fəlakəti ilə bir sırada tarixə düşəcək. Biz hələ 10-15 ildən sonra buna həsr ounmuş serialları görəcəyik» - deyə, O*Brayen əlavə edib.

AzPolitika.info

Mənbə: azpolitika.info