Gürcüstanın baş naziri müsəlmanları təbrik etdi

Gürcüstanın baş naziri müsəlmanları təbrik etdi

Gürcüstanın baş naziri Giorgi Qaxaria ölkənin müsəlman dini liderləri ilə görüş keçirib.

Teleqraf.com xəbər verir ki, Hökumət Administrasiyasının binasında baş tutan görüşdə baş nazir müsəlmanları Ramazan bayramı münasibətilə təbrik edib.

G.Qaxaria Gürcüstanda müxtəlif millət və dinlərə məxsus vətəndaşların birgə sülh şəraitində yaşaması ilə bağlı çoxəsrlik ənənəni vurğulayıb:

“Biz hamımız Gürcüstanın övladlarıyıq və bu əsrlərlə belə olub. Biz hamımız bu ölkəyə xidmət edirik. Sizin dininizə hörmətlə yanaşırıq və bu, bizim üçün olduqca önəmlidir. Gürcüstanda mədəniyyət və dinlər arasında harmoniya mövcuddur. Bununla biz dünyaya nümunə ola bilərik”.

Dini liderlər Gürcüstanın baş nazirinə son illər müsəlman icmasına göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Görüşdə Gürcüstan Müsəlmanları İdarəsinin sədri Şeyx Hacı Ramin İgidov, Şərqi Gürcüstan üzrə müfti Hacı Yasin Əliyev, Qərbi Gürcüstan üzrə müfti Adam Şantadze və digər rəsmi şəxslər də iştirak ediblər.

Mənbə: teleqraf.com