Baş nazir, prezidentin mətbuat katibi, nazirlər: Putinin komandası xəstəxanadan çıxır

Baş nazir, prezidentin mətbuat katibi, nazirlər: Putinin komandası xəstəxanadan çıxır

Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov xəstəxanadan evə buraxılıb.

Cebhe.info Rusiya mətbuatına istinadən bildirir ki, koronavirusa görə xəstəxanada müalicə alan Peskov artıq müalicəsini ev şəraitində davam etdirəcək. O, bu barədə xəbəri jurnalistlərə təsdiqləyib. "Artıq evə buraxılmışam, evdə karantində qalacağam",-deyib.

Xatırladaq ki, Peskov və arvadı 12 mayda xəstəxanaya aparılmışdı.
Ümümilikdə isə Rusiyada Baş nazir Mixail Mişustin, Mədəniyyət naziri Olqa Lyubimova, Tikinti naziri Vladimir Yakuşev, Təhsil naziri Valeri Falkov da koronavirusa yoluxub. Mişustin və

Yakuşev də artıq evə buraxılıb. Baş nazir artıq səlahiyyətlərinin icrasına başlayıb. Falkov və Lyubimova da iş başındadır.

Mənbə: cebhe.info