ÜST virusla bağlı xəbərdarlıq etdi: “Oktyabr-noyabr ayında...”

Ümumdünya Səhiyyə Təşkilatı dünya ölkələrinə müraciət edərək koronavirusun ikinci dalğasından yayınmaq üçün tədbilərə əməl etməyə çağırıb.

Cebhe.info xəbər verir ki, bu barədə qurumun fövəqladə proqram üzrə direktoru Maykl Rayan bildirib.O qeyd edib ki, xəstə sayının azalması hökumətlər tərəfindən görülən ciddi tədbirlər və əhalinin sayi nəticəsində mümkün olub: "Biz virusun yayılmasının qarşısını ala bilmişik, çünki qaydalara tabe olmuşuq. Əgər biz bunu zəiflətsək, virus qayıdacaq".

Rayan qeyd edib ki, əgər tədbirlər zəiflədilərsə, oktyabr-noyabr ayında virus yenidən qayıda bilər: "Əgər biz virusa imkan versək, o, bizi qabaqlayacaq.Təhlükə ondadır ki, biz ikinci pikə qısa müddətdə yaxalana bilərik".

ÜST mütəxəssisi Mariya van Kerkxove isə qurumun qış ayları ilə bağı proqnozuna dair sualı cavablandırıb: "Hələ ki,virusun qış dövründə qayıdacağına dair heç bir xüsusi əlamət yoxdur. Ancaq bəzi şəxslər əvvəlki kimi risk altındadır. Virus əvvəlki kimi temperatur və aylardan asılı olmayaraq dövr edir".
Xəzər
Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Eksklüziv video: Həbibin atası Azərbaycan MMA Federasiyasının rəhbəri ilə döyüşür

SONRAKI XƏBƏR

Azərbaycanın müsəlman ölkələrindəki diplomatik nümayəndələrinə xüsusi tapşırıq verildi