ÜST Trampın dərmanının sınağını dayandırdı

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus xəstələrinin müalicəsində istifadə edilən hidroksixloroxin adlı dərmanın sınaqlarını təhlükəsizliklə bağlı müvəqqəti olaraq dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Qebreyesus deyib. O bildirib ki, tibb üzrə ixtisaslaşmış “Lanset” jurnalı hidroksixloroxin və xloroxinin təsirləri və onun COVİD-19 xəstələri üzərindəki təsirini müşahidə edən bir araşdırma aparıb:

“İki ay əvvəl COVİD-19-a qarşı dörd dərman və dərman birləşməsinin effektivliyini qiymətləndirmək üçün sınağa başladıq. Sınaq çərçivəsində 35 ölkədən 400-dən çox xəstəxanaya aktif xəstə qəbul edildi. “Lanset” hidroksixloroxin və xloroxinin təsiri barədə araşdırma apardı və araşdırmada bu dərmanın tək və makrolid istifadə edildikdə ölüm riskinin yüksək olduğu bildirilib. Bundan sonra şənbə günü icra qrupu dərmanın sınaqlarını təhlükəsizliklə bağlı narahatlıq səbəbindən müvəqqəti olaraq dayandırıb”.

Baş direktor digər dərmanların sınağının isə davam etdirildiyini bildirib.

Qeyd edək ki, bir müddət əvvəl də ABŞ Prezidenti Donald Tramp koronavirusa qarşı hidroksixloroxindən istifadə etdiyini açıqlamamışdı. Sonra isə o, bu dərmanları qəbul etməkdən imtina etdiyini bildirdi.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

"Ordumuzun təlimləri düşməni qorxuya saldı" — VİDEO

SONRAKI XƏBƏR

Yaponiyanın kosmik yük daşıyıcısı Beynəlxalq Kosmik Stansiyası ilə birləşib