RUSİYADA İQTİDAR DÜŞƏRGƏSİNDƏN ABŞ-a GÖZ QIRPANLAR:Corc Soros hakimiyyətdaxili elit qüvvələrlə işbirliyi edir

Sevil Nuriyeva İsmayılov

“Star” qəzeti, Türkiyə, 23 may 2020-ci il

Bəli, Putin Rusiyası ciddi şəkildə varlı bürokratik oliqarxiyanın inkişafına səbəb olub. Oğurluqlara və korrupsiya hallarına nəzər saldıqda, ağılalmaz zənginliklərin necə və hansı yolla qazanıldığını gördükdə normalda bu mənzərə Rusiyanı çoxdan çökdürməli idi.

Rusları qiymətləndirərkən, inqilabların və iğtişaşların səbəblərini anlayaraq oxumaq lazmdır. 1990-cı illərin əvvəllərində pulun əhəmiyyətinə bir o qədər varmayan Rusiya profili var idi. Korrupsiya faktları indiki qədər yüksək deyildi. Rusiya zənginləşdi. Zənginləşdikcə, özünün varlı elit təbəqəsi formalaşdı. Təbii ki, Rusiya bu zənginliyini xalqa dağıtmaq işini də öncə yaxşı bacardı. Ancaq həddindən çox pul özü ilə bərabər siyasi ideaları da gətirir.

Məsələn, Rusiyanın Baş naziri – Erməni lobbisinin dəstəklədiyi önəmli isim Mişustinin bu qədər zəngin olmağı və 20 ildən çox müddətdə bürokratik sistemə daxil olmağı ilə birlikdə baş gicəlləndirən sərvətə malik olmağı gələcəkdə onun siyasi idealarının sərhədlərini dəyişdirəcək səviyyədədir. Əlbəttə, Rusiyada erməni qrupu sakit və altdan iş gördü. Kölgədə dayanıb, Rusiyanın 1 nömrəli adamını idarə etmək! Yerləşdiyi yerdən asılı olmayaraq, bu taktika heç vaxt dəyişmədi. Təbii ki, Rusiyada erməni əsilli məşhur, incəsənət adamı, yazıçı, ssenarist isimlərinin Rusiyada ciddi təsir gücünə malik olmağını unutmamalıyıq. Mişustin, tibbi bacısı işləyən ananın və aviasiya sahəsində uzun illər çalışmış atanın övladıdır. Son 20 ildəki zənginliyinə nəzər salsaq, mafiyabənzəri qruplarla birlikdə olması gözlərdən qaçmır. Beləliklə, Rusiyada bunu sorğulayan onlarla xəbər portalı, internet kanalları mövcuddur.

Təbii ki, xüsusi məlumatların müxalifət mediasında araşdırılması həm daxildən, həm də xaricdən dəstək tələb edir. Bu dəstəyin olmağı faktoru gələcəkdə Rusiyanın siyasi böhrana sürüklənməsi cəhdindən xəbər verir. Ruslar təkrar Yeltsin dönəminə qayıtmaq istəmir və belə bir çöküşün olmamağı üçün bu dəfə fərqli bir siyasi ağıl səhnəyə çıxarıldı. Putin yenidən çöküşün qarşısını almaq üçün keçmiş Sovet coğrafiyasına fərqli dildə və fərqli ölçüdə baxır. Təbii ki, bizim tərəflərdə Putinin bu siyasətinin altında kobud dilinin mövcud olduğunu bilməyən yoxdur. Ancaq keçmiş Sovet coğrafiyasındakı ölkələr həmin köhnə ölkələr deyil. Bəli, Rusiyadan qorxu hələ də var. Hələ də Rusiyameyilli düşüncə sahibləri mövcuddur. Hətta nostalji sevgi də mövcuddur. Hətta “rus dili modası” yenidən meydana çıxıb. Ancaq həmin yerlərin də zənginləri təkbaşına rusa tabe olmaq istəmirlər.

Təbii ki, Orta Asiyada, Qafqazda, Moldova və Belarusiyada artan müxalif səsləri görməzlikdən gələ bilmərik. Amma həqiqətən xalqın iqtisadi vəziyyətinə etiraz edən dəyişimi bu səbəblə istəyən oğru, korrupsioner məmurlarla birlikdə üsyan edən vətənsevər müxalifətçilər də mövcuddur. Bu səbəblə dəyişimi öz daxilində edə bilənlər hadisələri ağıllı şəkildə şərh edənlərdir. Rusiyada zaman-zaman pulun əldən-ələ keçməsi qalıcı sabitlik üçün önəmli hesab edilir. Eyni zənginlərin və çevrəsinin formalaşması siyasi iradəyə problem yaradacaq keyfiyyətdədir. Bu təsbit Qazaxıstan, Özbəkistan, Belarus, Azərbaycan və Gürcüstan üçün də keçərlidir. Burada xarakter olaraq bir-birinə bənzəyən siyasi komplekslərdən bəhs edirəm. Bu səbəbdən bölgə dövlətlərinin Rusiya ilə münasibəti davam edir, ancaq heç kim ABŞ-a qarşı Rusiya ilə ittifaq istəmir. Qazaxıstan nümunəsindən bunu daha rahat anlayırıq.

Rusiyada siyasi rəhbərliyə nəzər saldıqda, ağılalmaz zənginliyin gələcəkdə siyasi boğuşmanın xəbərçisi olduğunu unutmamaq lazımdır. Uzun müddətdir ki, xaricdən ABŞ ağlı Rusiya daxilində dəyişiklik etmək üçün baş çatladıb. Rusiyada dövlət məmurlarının əksəriyyəti nin ABŞ vətəndaşlığı var. İdarə heyəti üzvlərinin övladları İsveçrə, İngiltərə, ABŞ-da təhsil alırlar.

Corc Soros və maliyyələşdirdiyi qurum və şəxslər indi səhnədədir. Sorosun olduğu hər yer təhlükəlidir. İnternet mediyasına nəzər saldıqda, Sorosun necə bir fəaliyyət içində olduğunu açıq gözlə görmək mümkündür. İndilikdə Putin nəzarəti əlində saxlaya bilir və arxasında hələ də xalqın dəstəyi var. Ancaq Rusiyada, xüsusilə də hakimiyyət daxilindəki siyasi aktyorların fərqliliyinə və mənfəət qruplarına, ABŞ-a hansının göz qırpıb-qırpmadığını anlamaq üçün diqqətli baxmaq lazımdır.

Tərcümə Strateq.az-ındır.

Strateq.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda Mədəniyyət Evinin acınacaqlı durumu – Foto

SONRAKI XƏBƏR

Paşinyanın Şuşada tez-tez görünməsinin şok səbəbi... - Açıqlama