Ukrayna Türkiyə ilə uçuşları bərpa edir?

Ukrayna Türkiyə ilə uçuşları bərpa edir?

Kiyev və Ankara koronavirus səbəbindən təxirə salınan təyyarə səfərlərini yenidən bərpa etməklə bağlı danışıqlara başlayıb.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, iki ölkə arasında turist səfərləri ilə bağlı danışıqlar da başlayacaq:

"Ötən gün Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar və Türkiyənin Ukraynadakı səfiri Yağmur Güldərə bir araya gəldi. Görüşdə Ukrayna və Türkiyə arasındakı uçuşların bərpa edilməsi prosedurları və iki ölkənin səlahiyyətli qurumları arasında turist səfərləri ilə bağlı müzakirələrin başladılması barədə razılıq əldə edilib".

Bodnar koronavirusla mübarizədə Ukraynaya etdiyi humanitar yardım üçün Türkiyəyə təşəkkür edib.

Mənbə: axar.az