İsrailin Türkiyə səfiri mesaj verdi: nə gözlənilir?

İsrailin Türkiyə səfiri mesaj verdi: nə gözlənilir?

Türkiyə ilə İsrailin ortaq maraqları, eləcə də əməkdaşlıq edə biləcəyi bir çox sahə var.

Axar.az xəbər verir ki, bunu Türkiyə-İsrail münasibətləri barədə danışan “Şalom” nəşrinin yazarı Karel Valensi deyib. O bildirib ki, Türkiyə-İsrail münasibətlərində yenidən normallaşma və mövcud olan əlaqələrin inkişafı barədə fikirlər mövcuddur:

“İsrailin Ankaradakı səfirinin köşə yazısında xüsusi vurğuladığı bir məqam var. Yazısının sonunda səfir "Top artıq Türkiyədədir" qeydini edib. Bu sözdən İsrailin Türkiyədən güvən yaradan addımlar gözlədiyi qənaətinə gəlirəm. Türkiyə İsrail üçün hər zaman əhəmiyyətli və dəyərli bir ölkə olub. Ancaq son 12 ildə münasibətlər çox qarışdı. Bunları düzəltmək və güvənin yenidən qurulması lazımdır. İki ölkə ən pis dövrlərində belə diplomatik münasibətlərini kəsmədi, humanitar məsələlərdə bir-birlərinə kömək etdilər və ticarət azalmadı”.

K.Valensi ötən həftə İsrail və Türkiyə arasında dəniz müqaviləsi imzalanacağı ilə bağlı yayılan xəbərləri Təl-Əvivin təkzib etməsindən sonra Şərqi Aralıqda belə bir razılaşmanın gözlənilmədiyini bildirib.

Mənbə: axar.az