Liviya ordusu əməliyyatları 2 günlük dayandırdı

Liviya ordusu əməliyyatları 2 günlük dayandırdı

Eastnews.org-un verdiyi xəbərə görə, Liviya ordusu Xəlifə Haftarın qüvvələrinə qarşı əməliyyatları 2 günlük dayandırıb.

Bu barədə Liviya ordusunun apardığı "Qəzəb vulkanı" əməliyyatının mətbuat xidmətindən açıqlama verilib.

Açıqlamada Haftar qüvvələrinin 48 saat ərzində hədəfə alınmayacağı bildirilib.

Əməliyyatların dayandırılmasının səbəbi isə qeyd olunmayıb.

Mənbə: AA

Mənbə: eastnews.org