Netanyahu İordan çayının Qərb sahilini işğal edəcəkləri tarixi açıqladı

Netanyahu İordan çayının Qərb sahilini işğal edəcəkləri tarixi açıqladı

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail rejiminin baş naziri “Likud” partiyasının lideri Benyamin Netanyahu işğalçı rejimin İordan çayının Qərb sahilinin hissələrini işğal etmək üçün addımlarının 2020-ci ilin iyulunda atacaqlarını təsdiqləyib.

Bu açıqlama ilə işğalçı rejim baş naziri “Likud” partiyasının fraksiyasının Knessetdə (parlament) keçirilən iclası zamanı çıxış edib.

“Suverenliyimizin Qərb sahilinə genişlənməsi məsələsində danışdığımız tarix var. İyul. Və bizim bunu dəyişmək fikrimiz yoxdur”, - deyə Netnayahu bildirib.

Netanyahu qeyd edib ki, söhbət ABŞ Prezidenti Donald Trampıın təqdim etdiyi “sülh” planından gedir. “Bunu əldən vermək lazım deyil”.

Mənbə: TASS

Mənbə: eastnews.org