Haftara 48 saat verildi: Son şans…

Haftara 48 saat verildi: Son şans…

Liviyanın Tarhuna, Bəni Vəlid və Nesmə bölgələrindən cənuba doğru geri çəkilən muzdlular, hərbi avtomobillər və texnika 48 saat ərzində hədəf seçilməyəcək.

Axar.az xəbər verir ki, bu barədə Liviya hökumət qüvvələrinə bağlı “Qəzəb vulkanı” əməliyyat qərargahının mətbuat mərkəzi məlumat yayıb.

Bildirilib ki, verilən vaxt ötən gecədən başlayıb və bu, Haftar muzdluları üçün son şansdır:

“Havadan bölgəyə nəzarət davam edəcək. Əgər şimala doğru hərəkətlənmə olarsa, həmin hədəf vurulacaq”.

Mənbə: axar.az