Almaniyada bələdiyyə seçkilərində azərbaycanlının namizədliyi qeydə alındı

Almaniyada bu ilin oktyabrın 9-da keçiriləcək bələdiyyə seçkilərində azərbaycanlının da namizədliyi qeydə alınıb.

“Report”un Avropa bürosunun məlumatına görə, bu, Müşəxxəs Sulranovdur.

Onun namizədliyi Oyskirxen torpaqlığı üzrə Almaniya Sosial Demokratlar Partiyası (SPD) tərəfindən irəli sürülüb. M.Sultanov 2006-cı ildən partiyanın üzvüdür. Azərbaycanlı namizəd seçiləcəyi təqdirdə torpaqlıqdakı 5 şəhərdən birinin başçısı olacaq.

M.Sultanov 1 sentiyabr 1967-ci ildə Bakıda anadan olub, Azərbaycan Neft Akademiyasını bitirib. 1999-cu ildən Almaniyada yaşayır, ölkədə ilk iş müqaviləsi Almaniya Şell Neftayırma birliyində mühəndis köməkçisi kimi olub. 2006-cı ildən Almaniyada otel və qastronom sahəsində sərmayələr yatırımına da başlayıb. Evlidir, iki övladı var.

Müşəxxəs Sulranov

Report.az

ƏVVƏLKİ XƏBƏR

Yaponiyada antiseptiklərin və digər dezinfeksiyaedici vasitələrin təkrar satışı qadağan edilib

SONRAKI XƏBƏR

Rauf Əliyev: 28 May Respublika Günü Azərbaycan xalqının tarixində ən əlamətdar günlərdən biridir