Xəlifə Haftarın adamı ondan üz çevirməyə başladı

Xəlifə Haftarın adamı ondan üz çevirməyə başladı

Eastnews.org-un verdiyi xəbərə görə, Liviyada Xəlifə Haftara tabe olmağı ilə məşhurlaşan Tobruk Nümayəndələr Palatası mövqeyini dəyişməyə başlayıb.

Nümayəndələr Palatasının sədri Əqil Saleh jurnalistlərə verdiyi açıqlamada vurğulayıb ki, ölkədəki problemlərin həlli sadəcə siyasi danışıqlarla həll oluna bilər.

"Heç bir hərbi çevrilişi dəstəkləmirik. Problemlərin həlli sadəcə siyasi dialoq ilə mümkün ola bilər", - deyə Əqil Saleh diqqətə çatdırıb.

Bundan əlavə Tobruk Nümayəndələr Palatasının 11 deputatı da birgə bəyanat yayaraq Əqil Salehin mövqeyini dəstəklədiklərini qeyd ediblər.

Mənbə: Dunyabulteni.net

Mənbə: eastnews.org