Trampın reklam etdiyi dərmanın klinik sınaqları dayandırıldı

Trampın reklam etdiyi dərmanın klinik sınaqları dayandırıldı

Eastnews.org-un verdiyi xəbərə görə, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, təhlükəsizlik problemləri ilə əlaqədar olaraq koronavirusun müalicəsi üçün hazırlanan "hidroksiklorokin" dərmanının klinik sınağının dayandırıldığını söyləyib.

Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom verdiyi açıqlama zamanı bildirib ki, təşkilatın tənzimləyici orqanları tərəfindən lazımi monitorinqə qədər dərmanın klinik sınaqları müvəqqəti olaraq dayandırılıb.

Keçən həftə nüfuzlu tibb jurnalı "The Lancet", koronavirusu müalicə etmək üçün malyariya əleyhinə olan "hidroksiklorokin" dərmanını qəbul etməyin yan təsirləri barədə xəbərdarlıq etmişdi. Jurnal bu dərmanın ürəyə zərər verə biləcəyi və nəticədə xəstəni öldürə biləcəyini yazmışdı.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp, dəfələrlə koronavirusa qarşı bu dərmanın terapevtik təsirlərini reklam etmişdi.

Mənbə: Mehr News Agency

Mənbə: eastnews.org