Ermənistan hakimiyyəti çaxnaşmaya düşüb -  "Qraparak" qəzeti

Ermənistan hakimiyyəti çaxnaşmaya düşüb -  "Qraparak" qəzeti

Ermənistanda koronavirusun yayılması tempi artır. Hakimiyyət çaxnaşma əlamətləri göstərir, lakin mübarizənin təşkili baxımından yeni addımlar atmır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Ermənistanın “Qraparak” qəzeti yayıb.

Mənbə bildirir ki, dünən səhiyyə, əmək və qida təhlükəsizliyi üzrə yoxlama orqanları bir sıra ərzaq obyektlərinin işinin dayandığıldığı və təhlükəsizlik qaydalarına əməl etməyən bütün qurumların bağlanacağı barədə xəbərdarlıqlar etdi.

“Nikol Paşinyan bir daha canlı yayımlanaraq psixoloji, mənəvi və tərbiyə xütbəsini oxudu. Səhiyyə Nazirliyi kimin xəstəxanaya yerləşdiriləcəyi və evdə təcrid ediləcəyi ilə bağlı açıqlamalar verib. Bütün bunlarla paralel olaraq, koronavirus üçün testlərin sona çatdığı barədə məlumatlar yayıldı, buna görə də testlər yalnız zəruri və vacib olduğu təqdirdə aparılacaqdır. Bir şey aydındır, virusa qarşı mübarizədə yalnız özümüzə güvənməliyik” deyə qəzet yazır.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az