1 milyard dollarlıq istefa sövdələşməsi: Cinayət işi açıldı

1 milyard dollarlıq istefa sövdələşməsi: Cinayət işi açıldı

Ukraynanın Dövlət Istintaq Bürosu eks-prezident Petro Poroşenko və ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin danışıqlarının dinlənilməsi faktı üzrə cinayət işi açıb.

Cebhe.info-nun məlumatına görə, Ukrayna mediası hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən qeyd edilən açıqlama ilə çıxış edib. Ukrayna Cinayət Məcəlləsinin 359-cu maddəsi ilə açılmış cinayət işi informasiya əldə etmək üçün xüsusi texniki vasitələrin qanunsuz əldə edilməsi, satılması və ya istifadəsini nəzərdə tutur. İcraat işinə cinayət işinin müstəntiqinin müstəqil müəyyənləşdirilməsi əsasında başlanılıb. İşin hallarının qısa izahında qeyd edilir ki, məlumat əldə etmək üçün xüsusi texniki vasitələrin mümkün qanunsuz istifadəsi ictimai maraqlara zərər verə bilər.

Xatırladaq ki, mayın 19-da Poroşenkoya dövlət çevrilişi ittihamı üzrə cinayət işi açılıb. Buna səbəb Baydenin Ukraynanın dövlət başçısına Baş prokuror Viktor Şokinin istefası üçün bir milyard dollar təklif etdiyinə dair səs yazısı olub. Şokin Baydenin oğlu Hanterin işlədiyi “Burisma” neft və qaz şirkətinin Ukraynadakı qanunsuz fəaliyyətini araşdırıb. Poroşenko Moskvadakı Dzerjinsky adına DTX Ali Məktəbinin məzunu olan Ali Radanın deputatı Andrey Derkaçın yayımladığı audioyazının uydurma olduğunu bəyan edib. Eks-prezident bildirib ki, onlar üçün «xammal» hazırkı dövlət başçısı Vladimir Zelenskinin ofisində əldə edilə bilər.

Müşfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info