Türkiyədə dövlət xəstəxanası bağlandı-SƏBƏB

Türkiyədə dövlət xəstəxanası bağlandı-SƏBƏB

Türkiyənin Saruhanlı bölgəsində dövlət xəstəxanasının poliklinika və stasionar xidmətləri bağlanıb.

Sonxeber.az xəbər verir ki, Türkiyənin Saruhanlı Dövlət Xəstəxanasında həkimlər, tibb bacıları və təcili yardım sürücüləri də daxil olmaqla bir çox işçinin koronavirus testi müsbət olduğuna görə xəstəxananın poliklinika və stasionar xidmətləri müvəqqəti bağlanıb. Xəstəxananın yalnız təcili yardım şöbəsi xidmətini davam etdirib.

Manisa İcra hakimiyyətinin verdiyi açıqlamaya görə xəstəxanada işləyən əməkdaşların, həkimlərin, tibb işçilərinin koronavirus testinin müsbət olmasına görə Saruhanlı Dövlət
Xəstəxanasının poliklinika və stasionar xidmətlərinin müvəqqəti bağlandığı və xəstələrin Manisa Mərkəzi Əfəndi Dövlət Xəstəxanasına aparıldığı bildirilib.

Qeyd olunub ki, təcili yardıma müraciət edən xəstələr xəstəxananın bağçasında qurulmuş çadırda yoxlanılacaq.

Mənbə: sonxeber.az