ÜST bu ölkəyə xəbərdarlıq etdi

ÜST bu ölkəyə xəbərdarlıq etdi

Yaponiyanın koronavirusa qarşı gördüyü tədbirlər uğurlu alınıb.

Axar.az xəbər verir ki, bu barədə ÜST-ün baş direktoru Tedros Qebreyesus deyib.

O bildirib ki, pandemiyanın sürətlə yayıldığı vaxtlarda Yaponiyada gündəlik yoluxma sayı orta hesabla 700-ə çatırdı:

“İndi isə bu say orta hesabla 40-a düşüb. Eyni zamanda, ölkə üzrə yeni tip koronavirusdan ölüm halı da minimum həddə çatıb”.

Tedros Yaponiyada hökumət tərəfindən fövqəladə vəziyyətin ləğv edilməsinə də toxunub. Baş katib bəzi ciddi tədbirlər başa çatsa da, yoluxma hallarının izlənməsi və sosial izolyasiya kimi əsas tədbirlərin həyata keçirilməsinin vacibliyi ilə bağlı xəbərdarlıq edib.

Mənbə: axar.az