Piratlar 3 rusiyalını azad etdi

Piratlar 3 rusiyalını azad etdi

Eastnews.org-un verdiyi xəbərə görə, bu ilin aprelində Benin sahilərində piratlar tərəfindən girov götürülən 3 Rusiya vətəndaşaının azad edildiyi və onların vəziyyətinin qənaətbəxş olduğu açıqlanıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib.

“Rusiyanın Nigeriyadakı səfirliyindən verilən məlumata görə, 23 mayda Beninin ərazi sularında quldurlar tərəfindən tutulan üç Rusiya vətəndaşı - konteyner gəmisinin ekipaj üzvləri – “Tommy Reacher” - böyük köməkçi kapitan A. Sigunov, böyük mexanik S. Zaitsev və elektrik mexaniki V. Suprun sərbəst buraxıldı”, - deyə Rusiya XİN yayımladığı məlumatda bildirilir.

Azad edilən rusiyalıların Rusiyaya gətirilməsi üçün onlar çarter reysi ilə Laqosdan Frankfurta uçublar.

Mənbə: eastnews.org