Rusiya rəsmisi ABŞ-ın nüfuzuna zərbə dəydiyini qeyd etdi

Rusiya rəsmisi ABŞ-ın nüfuzuna zərbə dəydiyini qeyd etdi

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyanın Xarici İşlər Nazirliyinin beynəlxalq təşkilatlar üzrə rəsmi nümayəndəsi Mixayıl Ulyanov ABŞ-ı tənqid edib.

O, açıqlamasında bildirib ki, ABŞ-ın nüvə razılaşması ilə bağlı mövqeyi heç bir ölkə üçün anlaşılan deyil.

"Onlar əvvəlcə imzaladıqları razılaşmadan çəkildilər. Bunu anlamaq həqiqətən çətindir. Adını demokratiya qoysalar da bu razılaşmadan çəkilmək ABŞ-a dövlət olaraq böyük zərbə vurdu", - deyə Mixayıl Ulyanov diqqətə çatdırıb.

Mixayıl Ulyanov qeyd edib ki, Beynəlxalq Atom Enerjisi Agentliyi müstəqildir və ABŞ-ın sifarişləri ilə hərəkət etmir.

Mənbə: TASS

Mənbə: eastnews.org