Türkiyə Çada yardım göndərib

Türkiyə Çada yardım göndərib

Türkiyə yeni növ koronavirusa (COVID-19) qarşı mübarizədə xarici ölkələrə göstərdiyi dəstək çərçivəsində Çad Respublikasına yardım göndərib.

AZƏRTAC xəbər verir ki, tibbi ləvazimat və digər mallardan ibarədə yük Milli Müdafiə Nazirliyinin təyyarəsi ilə göndərilib. Bildirilir ki, təyyarə Etimesgut Hərbi Hava Limanından havalanıb.

Qeyd edək ki, Türkiyə COVID-19 infeksiyası ilə bağlı ABŞ, İngiltərə, İspaniya, İtaliya və Balkan ölkələrinə eyni təyinatlı yardım yükü göndərib.

Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Mənbə: azertag.az