Erməni parlamentində korona gərginliyi: Xəbərdarlıq...

Erməni parlamentində korona gərginliyi: Xəbərdarlıq...

Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan deputatlara xəbərdarlıq edib.

Axar.az xəbər verir ki, Mirzoyan parlamentin iclasına maskasız qatılan deputatlara iclasa buraxılmayacaqları ilə bağlı xəbərdarlıq edib.

“Koronavirus pandemiyası ilə əlaqədar komendantın qərar və sərəncamlarını nəzərə alaraq, maska taxmayan deputatlara xəbərdarlıq edəcəm və lazım gələrsə, onları parlamentin iclasından 7 gün müddətinə uzaqlaşdıracam”, - Mirzoyan bildirib.

Spiker ilk xəbərdarlığını Çiçəklənən Ermənistan Partiyası fraksiyasından olan deputat Gevorq Petrosyana edib.

Mənbə: axar.az