Ruslar getdi: Həftərə 48 saat möhlət verildi

Ruslar getdi: Həftərə 48 saat möhlət verildi

Liviya Milli Razılaşma Hökumətinin ordusu Xəlifə Həftərin başçılıq etdiyi qiyamçılara qarşı hərbi əməliyyatları 48 saat müddətinə dayandırıb.

Cebhe.info-nun məlumatına görə, bu qərar eskalasiyanın qarşısını almaq məqsədilə verilib.

Qeyd edilir ki, hökumət ordusu Trapolinin cənubunda geri çəkilən Həftər döyüşçülərinin maşın və texnikalarına zərbələr endirməyəcək. Ancaq ərazidə patrul xidməti aparılacaq və qiyamçılar şimala doğru irəliləməyə çalışarsa, onlara zərbə endirilməsi davam ediləcək. Milli Razılaşma Hökuməti bunun Liviyanın şərqindəki qanunsuz silahlı dəstələr üçün son şans olduğunu bəyan edib.

Qeyd edək ki, hazırda MRH-ni dəstəkləyən Türkiyə rəsmi Tripolini avadanlıq, döyüş sursatı və hava dəstəyi ilə təmin edir. Xəlifə Həftərə isə Misir və Səudiyyə Ərəbistanı dəstək verir. Birləşmiş Ərəb Əmirlikləri və Fransa isə Həftərin qeyri-rəsmi müttəfiqi rolunda çıxış edir. Qiyamçıları silah və döyüş təyyarələri ilə təmin edən Rusiya isə son günlər mövqeyini dəyişib. Rusiyaya məxsus “Vaqner” muzdlu döyüşçüləri mayın 24-də Liviyadan çıxarılıb.

Müşfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info