NATO Rusiyaya rədd cavabı verdi - GƏRGİNLİK

NATO Rusiyaya rədd cavabı verdi - GƏRGİNLİK

Şimali Atlantika Alyansı Rusiyanın koronavirus pandemiyası zamanı hərbi fəaliyyətini məhdudlaşdırmaq və Şərqi Avropada təlimlərdən imtina etmək təklifi ilə razılaşmayıb.

Cebhe.info-nun məlumatına görə, alyansın sözçüsü Oana Luncesku NATO-nun fəaliyyətinin ciddi müdafiə, tarazlı və beynəlxalq öhdəliklərə uyğun olduğunu deyib. Onun sözlərinə görə, Şərqi Avropadakı təlimlər Rusiyanın davranışına-gəmilərin, təyyarələrin, hərbi texnikaların və dəniz qüvvələrinin cəlb edilməsi ilə Baltikyanı bölgədə hərbi potensialını artırmasına cavabdır.

NATO-dan həmçinin bildirlib ki, Rusiya hərbi fəallığı məhdudlaşdırmağı təklif etsə də, özü aprel ayında Kalininqrad bölgəsində bir neçə təlim keçirib. Brüssel həmçinin, Moskvanı hərbi qüvvələr, müdafiə planlaması və büdcələr haqqında məlumat mübadiləsini təmin edən etimad və təhlükəsizliyin möhkəmləndirilməsi tədbirlərinə dair Vyana sənədini müasirləşdirməyə çağırıb.

Mayın 19-da Xarici İşlər naziri Sergey Lavrov Rusiyanın NATO ölkələrinin sərhədləri yaxınlığındakı təlim proqramını azaltdığını elan etmişdi.

Müşfiq Abdulla
Cebhe.info

Mənbə: cebhe.info