NATO-dan Lavrovun məktubuna cavab: Rusiyanın fəallığı...

NATO-dan Lavrovun məktubuna cavab: Rusiyanın fəallığı...

Rusiya və NATO koronavirus pandemiyası zamanı hərbi təlimlərin təxirə salınmasında razılığa gələ bilməyib.

Axar.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, təlimlərin təxirə salınması ilə bağlı Rusiya Xarici İşlər naziri Sergey Lavrov Brüsselə məktub göndərmişdi. Rusiya tərəfi təlimlərdən imtina edilməsinin konstruktiv və pozitiv addım ola biləcəyini qeyd etmişdi.

Bundan başqa məktubda Moskvanın NATO ölkələri ilə sərhəddə hərbi aktivliyi azaltdığı da qeyd olunmuşdu.

Rusiyanın məktubuna NATO baş katibi Yens Stoltenberq cavab verib. Baş katib cavab məktubunda NATO-nun fəallığının müdafiə xarakteri daşıdığını və bunun Rusiyanın Şərqi Avropadakı fəaliyyəti ilə əlaqəli olduğunu deyib.

Mənbə: axar.az