Olmert: "Netanyahu İsraili məhv etməyə hazır vəziyyətdədir"

Olmert: "Netanyahu İsraili məhv etməyə hazır vəziyyətdədir"

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail rejiminin keçmiş baş naziri Ehud Olmert, Benyamin Netanyahunu sərt tənqid edib.

Mətbuat açıqlamasında İsrail rejiminin sabiq baş naziri Ehud Olmert, Netanyahunu "Likud" partiyasından olan nazirləri ətrafına yığan cinayətkar dəstənin başçısına bənzədib.

Olmert bildirib ki, Netanyahu mühakimə və həbs olunmamaq üçün bütün İsraili, polisi, məhkəməni məhv etməyə hazırdır.

Digər tərəfdən, Olmert Qərbi Şəriyanı ilhaq etmək qərarını səhv adlandırıb və ən qısa müddətdə fələstinlilərlə barışıq sazişinin imzalanmasına çağırıb.

Mənbə: eastnews.org