“Əgər kimsə, hansısa bir məmur hardansa, nə isə qoparmaq istəyirsə...”

“Əgər kimsə, hansısa bir məmur hardansa, nə isə qoparmaq istəyirsə...”

Siyavuş Novruzov: “Hər kəs neqativ hallara qarşı mübarizədə dövlətə kömək etməlidir”

Son vaxtlar dövlətimizinneqatv hallara, xüsusilə də məmur özbaşınalığına, rüşvət və korrupsiyaya qarşı ciddimübarizə ortaya qoyduğu göz önündədir. Əlaqədar qurumların bu yöndə atdığı qətiyyətliaddımlar ölkə başçısının etimadından sui-istifadə edən, xalqın malına göz dikənbir sıra məmurların həbsi ilə nəticələnib ki, bu da dövlətimizin korrupsiyaya qarşımübarizədə önəmli uğurlarından biri kimi dəyərləndirilməkdədir.

Moderator.az-a açıqlamaverən millət vəkili Siyavuş Novruzov bu məsələdə sadə vətəndaşların da üzərinəböyük əsuliyyət düşdüyünü vurğulayıb:

“Bildiyiniz kimi, dövlətimizneqativ hallara qarşı ciddi mübarizə aparır, bu istiqamətdə bütün gərəkliaddımları atır. Lakin vətəndaşlar da bu məsələdə dövlətə dəstək olmalı, ona köməketməlidirlər. Harda neqativ hal varsa, qanun pozuntusu varsa, bu barədə dövlətorqanlarına məlumat verməlidir. Bu cür neqativ halların qarşısının alınmasındahər kəs maraqlı olmalı, hər kəs səy göstərməlidir. Əgər kimsə, hansısa bir məmurhardansa, nə isə qoparmaq istəyirsə, bunun qarşısı dərhal alınmalıdır.

Regionlarımız inkişaf etməlidir.Regionlaırn inkişafı ilə bağlı planlar həyata keçməlidir. Dövlət bu planlarınicrasına kifayət qədər böyük vəsaitlər ayırır. Bu vəsaitlər təyinatı üzrə sərfolunmalı, bütün nəzərdə tutulan işlər həyata keçirilməlidir. Bu, dövlətimizin inkişafı, vətəndaşlarımızın rifahı üçün olduqca vacibdir”.

Mənbə: moderator.az