XİN rəhbərindən Avropaya təklif: Sərhədləri açın!

XİN rəhbərindən Avropaya təklif:  Sərhədləri açın!

İtaliyanın Xarici İşlər naziri Luici Di Maio iyunun 15-dən etibarən Avropa İttifaqı ölkələrində sərbəst hərəkətin bərpasını təklif edib. Azvision.az xəbər verir ki, XİN rəhbəri bu barədə "Rai 1" dövlət televiziyasına müsahibəsində deyib.

"Avropada hər kəsin yenidən səyahətə getməsini təmin etmək üçün çalışırıq. Almaniya insanlara digər ölkələrə tətilə getmək imkanı təklif edərək sərhədlərini açmaq niyyətindədir. Gəlin, bunu birlikdə etməyə çalışaq", - deyə nazir vurğulayıb.

O bildirib ki, İtaliya bu istiqamətdə Avstriya və digər ölkələrlə danışıqlar aparır.

Şahanə Rəhimli
Azvision.az

Mənbə: azvision.az