"Rusiya ilə hərbi əməkdaşlıq..." - Sərkisyandan kritik açıqlama

"Rusiya ilə hərbi əməkdaşlıq..." - Sərkisyandan kritik açıqlama

Rusiya ilə hərbi və hərbi-texniki əməkdaşlıq İrəvan üçün həyati vacib əhəmiyyətə malikdir.

Teleqraf.com xəbər verir ki, bunu “Sputnik Armeniya”ya müsahibəsində ölkə prezidenti Armen Sərkisyan bildirib.
O deyib:
“Ermənistan və Rusiya arasında ikitərəfli və çoxtərəfli formatda hərbi və hərbi-texniki əməkdaşlıq bizim üçün həyati vacib əhəmiyyət daşıyır”.

Onun fikrincə, hər iki ölkə “bütün çağırışlara və təhdidlərə operativ və effektiv cavab vermək üçün” Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində əlaqələrin möhkəmləndirilməsində və genişləndirilməsində eyni dərəcədə maraqlıdır.

Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan daxildir.

Mənbə: teleqraf.com