Hindistan koronavirusa yoluxma sayına görə ilk onluğa girdi

Hindistan koronavirusa yoluxma sayına görə ilk onluğa girdi

Koronavirusla bağlı statistik göstəricilər gündən-günə mənfiyə doğru dəyişməkdədir.

Milli.Az bildirir ki, Ümumdünya Səhiyyə Təşkilatının son statistikasına görə dünya üzrə koronavirusa yoluxanların sayı 5 milyon yarımı keçib, 348 minə yaxın insan bu virus səbəbi ilə dünyasını dəyişib.

Siyahıda birinci yeri ABŞ, ikinci yeri isə Braziliya tutur. Rusiya siyahının üçüncü yerində qərarlaşıb. Qonşu ölkələrdən İran koronavirusla bağlı siyahıda ilk onluqdan çıxıb, Çin on dördüncü yerdə qərarlaşıb. Hindistan yoluxma sayına görə İranı qabaqlayıb və ilk onluğa daxil olub. O, siyahıda Türkiyədən sonra gəlir.

Hindistanda 145 456 nəfər koronavirusa yoluxub, 4172 nəfər bu virus səbəbi ilə dünyasını dəyişib.

Qeyd edək ki, koronavirus yeni yayılmağa başlayan vaxtlarda bəzi şəxslər virusun İtaliyada yayılıb, Çinin yaxınlığında yerləşən Hindistanda yayılmamasını əsas gətirərək bunun "böyük oyun" olduğunu iddia edirdilər.

Emin
Milli.Az

Mənbə: news.milli.az