Haftar mülki əhalini öldürdü: BMT-dən sərt açıqlama

Haftar mülki əhalini öldürdü: BMT-dən sərt açıqlama

Liviyada Ayn Zara və Səlahəddin bölgələrində evlərə qurulan minaların partlaması zamanı dinc sakinlərin ölməsi xəbərlərindən narahatıq.

Axar.az xəbər verir ki, bu barədə BMT-nin Liviyaya Dəstək Missiyası bəyanat yayıb.

Bəyanatda bildirilir ki, heç bir hərbi hədəfə xidmət etməyən, insanlar arasında qorxu yaradan və mülki şəxslərin hüquqlarını pozan bu cür hərəkətləri şiddətlə qınayırıq.

Bundan başqa, Liviya xalqına təhlükəsizlik qüvvələrinin təlimatlarına əməl etməyə, təhlükəli bölgədən uzaq olmaqla bağlı da çağırış edilib.

Qeyd edək ki, Səlahəddin və Ayn Zara bölgələrində qiyamçı Xəlifə Haftar ordusunun geri çəkilərkən qurduğu partlayıcıların işə düşməsi ilə mülki şəxslər ölüb.

Mənbə: axar.az