Saakaşvili Ukraynada qumarın leqallaşdırılmasını istəyir

Saakaşvili Ukraynada qumarın leqallaşdırılmasını istəyir

Ukrayna Milli İslahatlar Şurasının icraiyyə komitəsinin rəhbəri Mixail Saakaşvili ölkədə qumar oyunlarının leqallaşdırılmasına çağırıb. Azvision.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.
Saakaşvilinin sözlərinə görə, qumar biznesi artıq Ukraynada fəaliyyət göstərir, lakin bundan büdcə deyil, “damçılar” divident əldə edir: "İlkin hesablamalarımıza görə, həm onlayn, həm də fiziki kazinolar üçün vahid sabit bir lisenziya tətbiq etməklə ilk ildə büdcə 230 milyon dollardan çox qazanc əldə edə bilər".

Onun sözlərinə görə, qumar oyunları Las Vegas və Batumi kimi dünyaca məşhur şəhərlərin inşasına imkan verib: "Biz müəyyən depresiyaya uğramış bölgələri və ya əraziləri müəyyən edə və onları sözün əsl mənasında Klondayka çevirə bilərik".

Qeyd edək ki, Ukraynada 2009-cu ildən qumar oyunlarına qadağa qoyulub.

Mənbə: azvision.az