İspaniyada həkimlər etiraz aksiyası keçirdi

İspaniyada həkimlər etiraz aksiyası keçirdi

İspaniyanın paytaxtı Madriddə tibb işçiləri çalışma şərtlərinə etiraz etmək üçün aksiya keçiriblər.

Qaynarinfo xəbər verir ki, qısa müddətliyinə çalışdıqları xəstəxananın qarşısına toplaşan həkimlər problemlərinin yeni olmadığını, daha yaxşı əmək müqaviləsi, daha çox işçi və səhiyyə sahəsində dövlət qurumların gücləndirilməsini tələb ediblər.

Nümayişçilər Kovid-19 səbəbindən həyatını itirənləri 2 dəqiqəlik sükutla da yad ediblər. aksiya zamanı tibb işçilərinin sosial məsafə qaydalarına riayət etmələri və maska taxmaları diqqət çəkib.

Mənbə: qaynarinfo.az