“Müharibə veteranı” statusu almaq üçün elə bir üsula əl atdılar ki... – “Orada ölüm var, amma sağ çıxsanız...”

“Müharibə veteranı” statusu almaq üçün elə bir üsula əl atdılar ki... – “Orada ölüm var, amma sağ çıxsanız...”

Moderator.azxəbər verir ki, bu günlərdə Rusiyada bir qrup zabitə qarşı cinayət işiqaldırılıb. Buna səbəb Rusiya Silahlı Qüvvələrinin bir qrup zabitinin rüşvətmüqabilində Suriyaya hərbçilər göndərməsidir.

Aparılanistintaq işi nəticəsində məlum olub ki, SQ-lərin mayoru Nikolay Zaikin daha birneçə zabitlə əlbir olaraq bəzi zabit və əsgərlərin adlarını onların razılığı iləSuriyaya gedəcək hərbçilərin siyahısına daxil edib. Suriyaya getmək üçün mayorNikolay Zaikinə rüşvət ödəyən əsgər və zabitlərin müharibə və gərginliyinyaşandığı ölkəyə getməkdə məqsədləri isə bəlli bir müddət orda xidmət etmək vədaha sonra “müharibə veteranı” statusu almaq olub. Belə ki, hərbçilər “müharibəveteranı” statusu almaqla bu statusun verdiyi geniş güzəşt və imtiyazlardan istifadə etməyi planlaşdırıb. Həminhərbçilərdən rüşvət alan SQ-lərin bir qrup zabiti isə onların adını Suriyadaxidmət etməyə layiq, “seçilmişlər” qrupuna daxil etməklə onların istəyini gerçəkləşdirib.

Xatırladaqki, Rusiya qanunlarına görə döyüş bölgələrinə ezamiyyətə gedən hərbçilərə rütbələrindənasılı olaraq 200-300 min rubl məbləğində vəsait ödənilir, əlavə mükafat və ödəmələrlətəmin olunurlar. Bu cür şəxslərə həm də əhəmiyyətli vergi və s. güzəştləredilir.

Hazırdaməhkəmə istintaqının davam edir. Araşdırmalar əsnasında daha bir neçə hərbçinində məsuliyyətə cəlb edilməsi gözlənilir. Müharibənin cəhənnəmə döndərdiyiSuriyada cənnət axtarışına çıxan hərbçilərin siyahısının daha da genişlənəcəyiehtimal olunur.

Mənbə: moderator.az