Milli Məclisin qarşısında keçirilən aksiya ilə bağlı - RƏSMİ AÇIQLAMA

Milli Məclisin qarşısında keçirilən aksiya ilə bağlı  - RƏSMİ AÇIQLAMA

Bu gün bir qrup şəxs Milli Məclisin qarşısında aksiya keçirməyə cəhd edib. "Qarabağa azadlıq" şüarı ilə təşkil olunan aksiyanın polis tərəfindən qarşısı alınıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, polis mayoru Elşad Hacıyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, icazəsiz aksiya keçirməyə cəhd edənlər polis əməkdaşlar tərəfindən ərazidən uzaqlaşdırılıb: “Saxlanılan yoxdur”.

Mənbə: qafqazinfo.az