Abdulla Gül - Əli Babacan ittifaqı: Ərdoğana qarşı bir partiyada birləşirlər?

Abdulla Gül - Əli Babacan ittifaqı: Ərdoğana qarşı bir partiyada birləşirlər?

Türkiyə Baş nazirinin sabiq müavini, Demokratiya və Sıçrayış Partiyasının (DEVA) rəhbəri Əli Babacan eks-prezident Abdulla Gülün fəal siyasətə qayıdacağı ilə bağlı sualı cavablandırıb.

Cebhe.info-nun məlumatına görə, jurnalist Cüneyt Özdemirin “Youtube” telekanalına verdiyi açıqlamada Əli Babacan belə bir qərarın doğru olmadığını və onun yaratdığı partiyada Abdulla Gülün iştirakı məsələsinin müzakirə mövzusuna çevrilmədiyini deyib.

Abdulla Gülün prezidentlik dönəmindən sonra “Mən artıq fəal siyasətin içərisində yoxam” sözlərini xatırladan Ə.Babacan buna baxmayaraq, DEVA partiyasını qurmazdan əvvəl onunla məsləhətləşmələr apardığını açıqlayıb. “Yeni bir siyasi quruluşa ehtiyacın olması, Türkiyənin yalnız yeni bir görünüş və siyasət ilə düz yola çıxa biləcəyinə dair fikirlərini bizimlə bölüşdü. Sözün düzü, bizi də çox təşviq etdi. Daim bunu söylədi: “Dostlar, bu, bir zərurətdir. Bunu siz edəcəksiniz””,-Babacan belə deyib.

Babacan Abdullah Güllə qeyri-rəsmi əlaqələrinin olmadığını və özünün onun təcrübələrdən faydalandığını bildirib. Baş nazirin sabiq müavini bunun tamamilə məsləhətləşmək məqsədi daşıdığını deyib. “Bizim qərarlarımızı partiyamızın səlahiyyətli orqanları verir. 90 nəfərlik təşkilati heyət, 50 nəfərlik Ali Mərkəzi İdarəetmə Orqanı, 21 nəfərlik Ali Mərkəzi Sədrlik Orqanı var. Qərarlarımızı onlarla veririk”,-deyə Babacan vurğulayıb.

Əli Babacan ayda bir dəfə Abdulla Güllə əlaqə saxlayır. Onun sözlərinə görə, bu əlaqə yarım saat çəkir və əsasən telefon vasitəsilə baş tutur. “Abdulla Gülü DEVA Partiyasına dəvət edərsinizmi?” sualına Əli Baqbacan belə cavab verib:

“Mən cənab Gülün belə bir tələbinin olacağına inanmıram. Əks halda, biz gərək əvvəldən elə başlayaydıq. Biz bunu açıq şəkildə söylədik. Belə bir şey siyasi etikaya da, bizə də yaraşmaz. Görünməyən heç bir şey yoxdiur. Yəni qeyri-rəsmi heç nə yoxdur. Görünən nə varsa, həqiqət də odur”.

Müşfiq Abdulıla
Cebhe.info

Mənbə: cebhe.info