“Türküstan” Media Qrupu Beynəlxalq Türk Akademiyasını təbrik etdi

“Türküstan” Media Qrupu Beynəlxalq Türk Akademiyasını təbrik etdi

Beynəlxalq Türk Akademiyasının fəaliyyətə başlamasının 10 ili tamam olur. Bu münasibətlər Turkustan Media Qrupunun baş redaktoru Aqil Camal Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıraliyə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

Çox hörmətli prof. Darxan bəy.

Beynəlxalq Türk Akademiyasının fəaliyyətə başlamasının 10 illiyi münasibətilə Sizi və kollektivinizi “Türküstan” ailəsi adından təbrik edirəm.

Sovet imperiyasının dağılmasından sonra türk ölkələri və toplumları arasında əməkdaşlıq və sıx inteqrasiyanı təmin etmək üçün müxtəlif missiyalı ortaq qurumların yaradılması təbii və tarixi zərurət idi.

Bu qurumlardan biri kimi Beynəlxalq Türk Akademiyasının yaradılmasının mühüm tarixi qərar olduğu Akademiyanın ötən 10 illik fəaliyyəti ilə təsdiqini tapmışdır.

Sizin uğurlu rəhbərliyinizlə Beynəlxalq Türk Akademiyası ötən müddətdə Türk tarixinin, mədəniyyətinin tədqiq edilməsi və təbliğində misilsiz fəaliyyətə imza atmışdır.

Akademiyanın fəaliyyətində həmçinin, qardaş türk ölkələri arasında ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin gücləndirilməsi işi də xüsusi qeyd edilməlidir. Bu baxımdan, Sizin Azərbaycan və Qazaxıstan arasında dostluq və əməkdaşlıq münasibətlərinin ən üst səviyyəyə yüksəldilməsində də müstəsna iştirakınız var.

Bütün bu qeyd olunanlar, Akademiyanın 10 illik uğurlu fəaliyyəti bizim – medianın müşahidəsi altında gerçəkləşmişdir. Burada, Akademiyanın media ilə operatriv və effektliv əməkdaşlığını xüsusi qeyd etmək istərdim. “Türküstan Media Qrupu” sizinlə əməkdaşlığa böyük önəm verir.

Bir daha Sizi 10 illik yubiley münasibətilə təbrik edir, şəxsinizə və doğma Beynəlxalq Türk Akademiyasına gələcək fəaliyyətində uğurlar arzulayıram.

Hörmətlə,

Aqil CAMAL

Türküstan Media Qrupunun baş redaktoru

Mənbə: turkustan.info