Rusiya siyasəti canlanır:Referendumun tarixi bəllidir

Rusiya siyasəti canlanır:Referendumun tarixi bəllidir

Rusiyada Konstitusiyaya gözlənilən dəyişikliklərlə bağlı referendumun zamanı bəllidir.

Belə ki, səsvermə 1 və ya 8 iyulda keçirilə bilər.

Cebhe.info xəbər verir ki, bu barədə "İnterfaks" hökumətdəki mənbəyə istinadən yazıb. Hökumət hazırda məsələni müzakirə edir və bu həftə ərzində qərarın açıqlanacağı gözlənilir. Əvvəllər 24 iyun variantı nəzərdən keçirilsə də, həmin günə Qələbə paradı təyin edildiyndən zaman dəyişdirilir. Bir gündə iki tədbirin keçirilməsi inandırıcı görünmür.

Mərkəzi Seçki Komissiyasındakı mənbə də məhz bu iki günün müzakirə olunduğunu bildirib. Xatırladq ki, bu gün Putin Müdafiə naziri Şoyqu ilə videokonfransda 24 iyunda Qələbə paradı keçirilməsi barədə əmr verib.
Xəzər
Cebhe.info

Mənbə: cebhe.info