Sabiq deputatdan Məlahət Abbasova barədə: “Yalnız bir tualet kağızının reklamına çəkilib...”

Sabiq deputatdan Məlahət Abbasova barədə:     “Yalnız bir tualet kağızının reklamına çəkilib...”

“Xanım olmasaydı, daha ağır ifadələr yazardım. Amma dünyada bəlkə də bu arvad qədər ikinci fırıldaqçı birisi yoxdur”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin sabiq deputatı Etibar Hüseynov Məlahət Abbasovanın AzTV ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

“Azərbaycanda yalnız bir tualet kağızının reklamına çəkilib, o boyda Türkiyə televiziya məkanında isə iki seriala-hər ikisində də epizodik, qulluqçu-dayə rolunda. Vəssəlam. Di gəl ki, elədiyi dələduzluqları, danışdığı yalanları sadalasan iri bir "serial"a sığışmaz...” – E.Hüseynov qeyd edib.

Mənbə: pravda.az