Xaricdə qanunsuz mülkü olanlar - VİDEO

Xaricdə qanunsuz mülkü olanlar - VİDEO

Qanunsuz vəsait hesabına xaricdə əmlak sahib olanların mülklərini əlindən almaq mümkün olacaq.

Cinayət Prosessual Məcəlləsinə bununla bağlı əlavə təklif olunur. Məcəllənin 521-ci maddəsinə nəzərdə tutulan əlavə xarici ölkədə yerləşən əmlakın müsadirə prosedurunu müəyyənləşdirir.

Fəzail Ağamalı bildirir ki, qanunsuz əldə edilən pullar hesabına xaricdə tikilən müəssisə və mülklər, ayrı-ayrı ölkə vətəndaşlarının məşğulluğuna, həmin ölkələrin büdcəsinə xidmət edən hallar qəbuledilməzdir və həmin vəsait Azərbaycana geri qaytarılmaldıır. Geri qaytarılma isə bir neçə yolla həyata keçirilə bilər.

Layihə parlamentin mayın 31-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Qanun qəbul olunacağı təqdirdə növbəti aylarda qüvvəyə minəcəyi gözlənilir.

 

Mənbə: www.realtv.az