NİDA üzvləri Milli Şuradan ayrıldı

NİDA üzvləri Milli Şuradan ayrıldı

‌NİDA Vətəndaş Hərəkatının üzvləri Milli Şuradan istefa verib.‌

‌Qaynarinfo xəbər verir ki, bu barədə hərəkatın İdarə Heyətinin üzvü İlkin Rüstəmzadə məlumat yayıb:

"MŞ-dən çıxmağımızla bağlı bəzi saytlar yazıb. Dostlar maraqlanırlar ki, nə məsələdir.

‌Birincisi, biz NİDA olaraq deyil, fərd olaraq oradaydıq. İkincisi, indiki repressiv mühitdə ayrılsaq da, MŞ-yə zərbə vurmamaq üçün bunu ucadan elan etmədik. Üçüncüsü və sonuncusu, NİDA olaraq biz, heç vaxt müxalifəti hədəf alacaq heç nə etməmişik və müxalifət daxilində olan konfliktlərə qoşulmamışıq, eləcə də mən fərd olaraq. Bundan sonra da fikrim yoxdur”.

‌Bahar Rüstəmli

Mənbə: qaynarinfo.az