Həftərin daha 15 əsgəri ələ keçdi

Həftərin daha 15 əsgəri ələ keçdi

Liviya ordusu Xəlifə Həftərə bağlı 15 əsgəri tutub.

Cebhe.info xəbər verir ki, Liviya ordusunun sözçüsü polkovnik Muhammed Kununu yazılı açıqlamasında qoşunların Tripolinin cənub bölgələsində El-Halle mövqeyində Həftər tərəfdə vuruşan 15 əsgər və bir hərbi vasitə ələ keçirdiklərini bildirib.

Liviya ordusu son zamanlar Həftərə bağlı əsgərlərə qarşı bir çox hərbi uğur qazanıb. Həftər əsgərlərini mayın 18-də ölkənin qərbindəki strateji Vatiyyə bazasından çıxaran Liviya hökuməti qərb bölgələrindəki fərqli əraziləri təmizləməyə davam edir.
Tünzalə
Cebhe.info

Mənbə: cebhe.info