"The Jerusalem Post" Milli Şuranın biabırçı videokonfransından yazdı

"The Jerusalem Post" Milli Şuranın biabırçı videokonfransından yazdı

Milli Şuranın bugünlərdə “zoom” formatında keçirdiyi videokonfrans burada yaşanan qalmaqal səbəbindən xarici mətbuatın da diqqətini çəkib.

Baki-xeber.com xəbər verir ki, buna səbəb, özəlliklə sabiq millət vəkili, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin çıxışında yol verdiyi bəzi uyğunsuz ifadələr olub. Bu mövzuya xüsusi toxunan İsrailin "The Jerusalem Post" nəşri bu barədə yazır: “Mayın 13 və 17-də yayılan dörd videoda sabiq millət vəkili, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli bildirir ki, “Qərb üçün bir nömrəli prioritet cinsi azlıqların, üzdəniraqların hüquqlarıdır”. Daha sonra söhbət cinsi azlığın nümayəndəsi olan azərbaycanlı jurnalist və Gültəkin Hacıbəylini tənqid etmiş İsmayıl Cəlilovun barəsində gedir. Vətəndaş Həmrəyliyi Partiyasının idarə heyətinin üzvü Rafiq Manaflı İsmayıl Cəlilovu “kişi fahişəsi” adlandırır və əlavə edir ki, “Hitlerin zamanında bütün geyləri məhv etməməsi təəssüf doğurur”. Bu arada Milli Şuranın üzvü Qənimət Zahid arxa planda yığıncağın canlı keçdiyini xatırladır və çıxışçılara diqqətli olmağı tövsiyə edir...”

Məsələnin maraqlı tərəfi odur ki, Milli Şuranın sədri Cəmil Həsənli bu videonun sızmasını "kibercinayətkarlıq" kimi qiymətləndirib və bundan ötrü Azərbaycan hökumətini, konkret halda Dövlət Təhlükəsizliyi Xidmətini ittiham edib. Məqalədə o da deyilir ki, bu hadisə Azərbaycan siyasətində qalmaqala səbəb olub və bu səbəbdən G.Hacıbəyli işlətdiyi kobud ifadələrin yalnız müəyyən bir şəxs haqqında olduğunu deyərək cinsi azlıqlardan üzr istəyib, lakin R.Manaflıya gəldikdə, o, dediyi sözlərə görə üzr istəməkdən imtina edib və İ.Cəlilovun LGBT üzvlərini nümayişkaranə təbliğ etməsini qəbul edə bilmədiyini deyib. Buna baxmayaraq, o, cinsi azlıqların məhv edilməsi ilə bağlı dediklərindən təəssüfləndiyini bildirərək, bu ifadələri "uğursuz və yersiz"adlandırıb.

Bu sətirləri oxuyarkən təəssüflənməmək əldə deyil. Baxın, Azərbaycan müxalifəti fövqəladə şəraitdə toplantı keçirir və... qaldırdığı məsələ şəxsi müstəvidə münasibətlərdən başlayıb təhqirlərdə bitir. Bunun üçün videokonfrans keçirib özünü gülünc vəziyyətə qoymağa dəyərdimi?

Baki-xeber.com

Mənbə: www.baki-xeber.com