Erməni baş nazirin ləkələnən imicini uğursuz təmizləmə cəhdləri - FOTO

Erməni baş nazirin ləkələnən imicini uğursuz təmizləmə cəhdləri - FOTO

Ermənistanın baş naziri Nikol Paşinyanın babasının qəhrəmanlığından danışması ona baha başa gəldi.

Düşmən ölkə mətbuatında onu çox qınadılar. Üstəlik, Rusiya saytları da Nikolay Paşinyanın heç də şərəfli döyüş yolu keçməməsindən bəhs etməyə başladı.

 

Nikolay Paşinyan

Bizimyol.info xəbər verir ki, rusların “İnforuss” portalı Paşinyanı tənqid edən material hazırlayıb. Burada baba Paşinyan daha çox satqın kimi təqdim olunub.

Yazıda qeyd olunub ki, Nikolayın adı uzun müddət SSRİ-nin itkin döyüşçülər siyahısında olub. Amma sonra onun faşistlərə tərəf keçdiyi üzə çıxıb.

Məlum olur ki, Paşinyan 1943-cü il sentyabrın 29-da Ukraynanın Novoqrad-Volınski şəhərinin Zvyagel kəndində öldürülüb və orada dəfn olunub.

Portal yazır ki, Ermənistan Müdafiə Nazirliyi baş nazirin ləkələnən imicini təmizləmək üçün uğursuz cəhdlər göstərib. Əslində Yenokavan kəndindən müharibəyə Paşinyan soyadlı iki əsgərin yola düşdüyünü iddia etməyə başlayıblar. Guya baş nazirin babası Qızıl Ordu üçün vuruşub, digər Paşinyan isə satqın çıxıb. Halbuki İcevan rayon hərbi komissarlığının arxiv sənədləri həqiqəti təhrif etməyə imkan vermir. Yenokovanda erməni baş nazirin babasından başqa Paşinyan olmayıb. Hökumət rəhbərini bu da susdurmur, yalanlarını davam etdirir...

Portal diqqəti Azərbaycan prezidenti İlham Əliyevin MDB ölkələrinin sammitində terrorçu, faşistlərin tərəfdaşı Qaregin Njdeyə Ermənistanda heykəl qoyulmasını tənqid etməsinə yönəldir. “İnforuss” Azərbaycanın dövlət başçısına haqq qazandırır. Portal Paşinyanın diqqətinə bir çox tarixi sənədləri çatdırır. Burada Njdenin və onun silahdaşlarının hansı xain planlarının olmasından bəhs edilir. Mərkəzi Kəşfiyyat İdarəsinin sənədlərinə görə, erməni milli şurası Hitler hökumətinin naziri Alfred Rozenberqə Ermənistan SSR ərazisində alman koloniyalarının yaradılması üçün müraciət edib. Yazıda nasistlərin “Daşnaksütun”la birbaşa işlədiyi haqda da qeyd olunub.

Mənbə: www.bizimyol.info