İlkin Həsənov: "AXC-in yaradılması Xalqımızın Vətənə sevgisinin bariz nümunəsi idi"

İlkin Həsənov: "AXC-in yaradılması Xalqımızın Vətənə sevgisinin bariz nümunəsi idi"

"Cümhuriyyətin elan olunması müstəqil Azərbaycanın ilk başlanğıcı oldu. 23 ay mövcud olmasına baxmayaraq Azərbaycan xalqının böyük qələbəsi idi".

 

Buta.ws xəbər verir ki, gənc jurnalist İlkin Həsənov Azərbaycan Xalq Cümhuriyyətinin 102 iliyi münasibətilə verdiyi açıqlamada bildirib.


"Azerbaycan Xalq Cümhuriyyətinin yaradılması Xalqımızın Vətənə sevgisinin bariz nümunəsi idi. Çətin vəziyyətdə yaranmasına baxmayaraq Azərbaycan Xalqı birlik və bərabərlik nümayiş etdirirdi. Bu birlik Azərbaycan Xalqının Vətənə sevgisinin nümunəsi idi. Cümhuriyyətin elan olunması müstəqil Azərbaycanın ilk başlanğıcı oldu. 23 ay mövcud olmasına baxmayaraq Azərbaycan xalqının böyük qələbəsi idi. Azərbaycan Xalqı 102 il bundan əvvəl olduğu kimi yenə də öz birliyini nümayiş etdirir. Vaxtı ilə Məmməd Əmin Rəsulzadənin təsdiq etdiyi üçrəngli bayraq bu gün müstəqil Azərbaycan torpaqlarında dalğalanır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında müstəsna rolu olmuş Məmməd Əmin Rəsulzadəni qürurla anırıq", - deyə İ.Həsənov vurğulayıb.

 

Aygün Həsənova.

Mənbə: buta.ws