Donald Tramp: “Biz insanların həyatını xilas edə bildik“

Donald Tramp: “Biz insanların həyatını xilas edə bildik“

“Biz insanların həyatını xilas edə bildik“

REAL "BBC"yə istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti Donald Tramp Ağ Evdəki mətbuat konfransı zamanı deyib.

"Səhiyyə ekspertləri bildirirlər ki, pandemiyanın qarşısını almaq üçün bütün bu tədbirləri görməsəydik, hazırda koronavirusdan ölənlərin sayı indikindən 10-25 dəfə çox ola bilərdi” – deyə, Tramp bildirib.

Xatırladaq ki, ABŞ səhiyyə rəsmiləri mart ayında ştatlarda sosial məsafə qorunmayacağı təqdirdə, ölkədə 2,5 milyon insanın bu virusun qurbanı olacağını qeyd etmişdilər.

Həmçinin Donald Tramp, ölkədə pandemiya qurbanlarının sayının artmasına baxmayaraq, ştat rəhbərliklərinə karantin məhdudiyyətlərinin yumşaldılması haqda xəbərdarlıq edib.

Mənbə: www.realtv.az