Bayden Trampı “son dərəcə axmaq adam” adlandırdı

Bayden Trampı “son dərəcə axmaq adam” adlandırdı

DemokratlarPartiyasından prezidentliyə namizəd Co Bayden koronavirus pandemiyası fonunda fərdiqoruyucu tədbirlər görmək istəmədiyinə görə hazırkı prezident Donald Trampı"son dərəcə axmaq adam" adlandırıb.

Qaynarinfoxəbər verir ki, CNN-ə verdiyi müsahibə zamanı xanım jurnalist Baydenin ictimaibir tədbirdə çəkilmiş fotoşəkillərinin altına Trampın bəyənməmək işarəsi qoymasınıxatırladıb və bununla Amerika liderinin maska taxmamaqla rəqibinin zəifolduğunu diqqətə çatdırmaq istədiyini deyib.

Bunacavab olaraq Bayden Trampın "çox axmaq olduğunu" və "prezidentlərinyalançı kişilik nümayiş etdirməməli olduqlarını" qeyd edib.

Bundanəlavə, siyasətçi vurğulayıb ki, qorunmaqdan imtina "insanlara öz həyatlarıhesabına başa gələ bilər".

Mənbə: qaynarinfo.az